Belçikada fermerlər etiraz aksiyası keçiriblərbackend

Belçikada fermerlər etiraz aksiyası keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada fermerlərin etirazları gündəmdədir. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Belçikada hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlər Belçikanın baş naziri De Kroonun evinə gedən yolu bağlayıb. Belçikada kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlər şəraitin yaxşılaşdırılması tələbi ilə nümayişlər təşkil edirlər. Bu dəfə belçikalı fermerlər baş nazir Aleksandr De Kroonun Flandriyadakı iqamətgahına gedən yolu bağlayıblar. Onlar traktorları ilə girişi bağlayıblar.

Etirazdan sonra Belçikanın baş naziri nümayişçilərlə görüşüb.

O, fermerləri kənd təsərrüfatındakı problemlərə dair bu həftə Brüsseldə keçirilməsi planlaşdırılan görüşə dəvət edib.

Görüşdən sonra etiraz aksiyası insidentsiz başa çatıb.

O, həmçinin fevralın 1-də Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər Zirvəsi zamanı böyük etiraz aksiyası təşkil edərək, 1000-dən çox traktorla şəhərin əsas yollarını nəqliyyatın hərəkətinə bağlamışdı.

Fermerlər Avropa Parlamentinin binası qarşısında təkər və taxta yandırıb, ətrafa daş, yumurta və torpedalar atıblar.