Seneqalda küçə insidentlərinin qarşısını almaq üçün mobil məlumatlar kəsilibbackend

Seneqalda küçə insidentlərinin qarşısını almaq üçün mobil məlumatlar kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalda fevralın 25-də keçiriləcək prezident seçkilərinin təxirə salınmasına cavab olaraq baş verə biləcək küçə insidentlərinin qarşısını almaq üçün ölkədə mobil məlumat bağlantısı kəsilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Rabitə Nazirliyindən verilən açıqlamada sosial mediada ictimai asayişi pozacaq nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil məlumatların müvəqqəti olaraq kəsildiyi açıqlanıb.

Seçki dekabrın 15-nə təxirə salındıqdan sonra 20 prezidentliyə namizəddən 13-nün dəstəklədiyi “Aar Sunu Seçki (Seçkilərimizi qoruyaq)” adlı birgə kollektivin bu gün təşkil edəcəyi etiraz aksiyası da təhlükəsizlik səbəbi ilə qadağan edilib.

Fevralın 9-da ölkə daxilində prezident seçkilərinin təxirə salınmasına etiraz olaraq keçirilən nümayişlər zamanı polislə fəallar arasında toqquşmalar yaşanıb, polis nümayişçilərə tez-tez bibər qazı ilə müdaxilə edib.

Ölkə daxilində baş verən nümayişlərdə 3 nəfər həyatını itirib.

Seneqal prezidenti Macky Sall fevralın 3-də qanunvericilik və məhkəmə sistemi arasındakı böhran səbəbilə fevralın 25-də keçiriləcək prezident seçkilərini təxirə saldığını açıqlamış və bu qərar, başda vətəndaş cəmiyyəti olmaqla bir çox təbəqənin reaksiyasına səbəb olmuşdur.