Avstraliyanın Viktoriya ştatında şiddətli fırtına nəticəsində elektrik xətləri sıradan çıxıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
BBC xəbər agentliyinin məlumatına görə, ştatda davam edən güclü yağış və külək həyata mənfi təsir edib.
Fırtına səbəbindən bir çox ağac yıxılsa da, əlverişsiz hava şəraiti ştatın qərbində meşə yanğınları ilə mübarizə cəhdlərini də dayandırıb.
Fırtına zamanı çoxlu ötürücü qüllələrin uçması və elektrik stansiyasının sıradan çıxması nəticəsində ştatda minlərlə insan işıqsız qalıb.
Viktoriya ştatının energetika naziri Lili D’Ambrosio sosial media platformasındakı paylaşımında
Bundan əlavə, fırtınanın nəqliyyata da mənfi təsir göstərdiyi, Melburnda bəzi qatarların hərəkətinin dayandırıldığı bildirilib.