ABŞ-dan Ukrayna, İsrail və Tayvana 95,3 milyard dollar yardımbackend

ABŞ-dan Ukrayna, İsrail və Tayvana 95,3 milyard dollar yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müzakirələrdən sonra ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Senatı Respublikaçılar Partiyasında ölkənin xaricdəki rolu ilə bağlı aylarla davam edən müzakirələrdən sonra Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib.

Səsvermədən əvvəl bir qrup respublikaçı senator Ukraynaya 60 milyard dollar yardımın verilməsinə qarşı çıxıb və ABŞ-ın xaricə pul göndərmək əvəzinə öz problemləri ilə məşğul olması lazım olduğuna işarə edib.

Səsvermədə 70 senator “hə”, 29 senator isə “yox” səs verib.

Demək olar ki, bütün Demokrat senatorlar və 22 Respublikaçı senator yardım paketinə “bəli” səs verib.

İsrailə 14 milyard dollar

“Bəli” deyənlər Ukraynanı tək buraxmağın “Rusiya prezidenti Vladimir Putini cəsarətləndirəcəyini” və bütün dünyada milli təhlükəsizliyi təhdid edəcəyini iddia ediblər.

Yardım paketinə Ukraynaya “Rusiyaya qarşı mübarizəsini dəstəkləmək üçün” 60 milyard dollar, İsrailə “təhlükəsizliyə yardım göstərmək üçün” 14 milyard dollar və Tayvana və Hind-Sakit okean regionunda ABŞ-ın digər müttəfiqlərinə dəstək üçün 8 milyard dollar daxildir.

Senat tərəfindən təsdiqlənən paket təsdiq üçün Nümayəndələr Palatasına təqdim ediləcək.

ABŞ prezidenti Co Baydenin paketi imzalaması və qanuna çevrilməsi üçün paket Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.