Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın 10 ildir Rusiyaya qarşı mübarizə apardığına diqqət çəkərək, Rusiyanın hazırda Avro-Atlantik regionda ən böyük təhlükə olduğunu bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Pistorius Belçikanın paytaxtı Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən Ukrayna Müdafiə Təmas Qrupu Toplantısı öncəsi açıqlama verib.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2-ci ili və Krımın ilhaqının 10-cu ildönümü olduğuna diqqət çəkən Pistorius bildirib ki, Ukrayna 10 ildir Rusiyaya qarşı özünü müdafiə edir. Bu o deməkdir ki, hazırda Avroda ən böyük təhlükə Rusiyadır.
Boris Pistorius Ukraynaya təcili yardım məsələlərinin son iki ildə müzakirə edildiyini və hazırda uzunmüddətli dəstəyin vacib olduğunu bildirərək, Ukrayna üçün hava hücumundan müdafiə qabiliyyətinin təmin edilməsinin gələcəkdə əsas məsələ olacağını qeyd edib.
Rusiya-Ukrayna müharibəsindən sursatın nə qədər əhəmiyyətli olduğuna dair dərslər alındığını bildirən Pistorius qeyd edib ki, sonunda Ukraynadakı müharibəni dünyada (sursat) istehsal edən ölkələrdəki kütləvi istehsal xətləri təyin edəcək.
Buna görə də Pistorius Almaniyada sursat istehsalı fabrikinin təməlinin qoyulmasından məmnun olduğunu və Almaniya hökumətinin 2024-cü il büdcəsində sursat xərcləri üçün 3,5 milyard avro ayırdığını bildirərək, Ukraynaya 3-4 dəfə təmin edəcəklərini bəyan edib.
Almaniyanın müdafiə naziri Pistorius ABŞ-ın keçmiş prezidenti Donald Trampın “NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlərinə Rusiyanın hər hansı hücumunun qarşısını almayacağıq” təhdidindən sonra bəzi siyasətçilərin Avropada nüvə qarşısının alınması sisteminin yaradılmasına dair arqumentlərinə reaksiya verib.
Pistorius bildirib ki, yanlış zamanda qızğın müzakirələr aparmağı və ABŞ-da prezident seçkiləri kampaniyasında namizəd olmaq istəyən birinin hər sözünə qızıl miqyasda qoymaq və ya sadəcə buna reaksiya verməyi lazımsız hesab edib.