Microsoft, Şimali Koreya, Çin, Rusiya və İrandan olan və kiberhücumlarını planlaşdırmaq üçün məhsuldar süni intellektdən istifadə etdiklərini təsbit etdiyi casus qrupların ChatGPT süni intellekt proqramına girişini blokladığını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Microsoft-un internet saytında şirkət iş ortağı OpenAI ilə birlikdə hazırladığı ChatGPT-dən istifadə edir.Müxtəlif millətlərdən olan kiberhücumlarla bağlı açıqlamada Çinlə əlaqəli iki kibercasusluq qrupu olan “Sodium” və “Chromium”un texniki əməliyyatları gücləndirmək üçün süni intellektdən istifadə etdiyi bildirilib.
Bildirilib ki, İran İnqilab Keşikçiləri Ordusu tərkibində fəaliyyət göstərdiyi bildirilən “Curium” proqram xətalarını düzəltmək, fişinq e-poçtları hazırlamaq və kiberhücumlarda diqqət çəkməmək üçün ChatGPT-də məsləhətlər axtarır.
Bundan əlavə, Rusiyanın “Strontium” kiber casusluq qrupunun peyk və radar texnologiyaları haqqında məlumat topladığı, Şimali Koreyanın “Thallium” kiber casusluq qrupunun isə fişinq kampaniyalarında istifadə olunacaq məzmunlar hazırlamaq və düşünmək üçün araşdırma aparmaq üçün süni intellekt xidmətlərindən istifadə etdiyi bildirilib.
Açıqlamaya görə, sözügedən kibercasus qruplarının ChatGPT-ə girişi bloklanıb.