ABŞ ordusu Suriyanın şərqindəki Deyr əz-Zor və Həsəkə əyalətlərində İranın dəstəklədiyi qruplarla gərginlik yaşanan hərbi bazalarının yerləşdiyi bölgələrə əlavə qüvvələr göndərib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ ordusu Suriyanın şərqindəki Deyr əz-Zor və Həsəkə əyalətlərində İranın dəstəklədiyi qruplarla gərginlik yaşanan hərbi bazalarının yerləşdiyi bölgələrə əlavə qüvvələr göndərib.
Yerli mənbələrdən alınan məlumata görə, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.
ABŞ əsgərlərini daşıyan 20 Bradley tipli zirehli maşından ibarət karvan əvvəlcə Həsəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.
Konvoyun bir hissəsi buradan 7 oktyabr 2023-cü ildən İranın dəstəklədiyi terror qrupları ilə gərginliyin yaşandığı Fərat çayının şərq sahilindəki Ömər Neft Yatağındakı bazaya köçürülüb.
ABŞ ordusu bundan əvvəl 5-6 yanvar və 23 yanvar tarixlərində Hasəkədəki Harab Cir və Kasrekdəki bazalarına və Deyr əz-Zordakı Ömər neft yatağına hərbi yük göndərmişdi.
2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmağa üstünlük verdi.
Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Haseke, Rakka və Deyr əz-Zor vilayətlərində təşkilatın işğal etdiyi bölgələrdəki bir çox baza və hərbi məntəqələrdə mövcuddur.
Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.