Keçən il Fələstinə qarşı davam edən hücumlarını maliyyələşdirmək üçün milyardlarla dollar borc alan İsrailin bu il demək olar ki, rekord səviyyədə istiqraz buraxması gözlənilir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrailin Fələstinə hücumları davam etdikcə, bu hücumların ölkə iqtisadiyyatına vurduğu xərclər də artır. .
Beynəlxalq kredit reytinq agentlikləri öz hesabatlarında Fələstinə təcavüzə başlayan İsrail iqtisadiyyatının makroiqtisadi risklərlə üzləşdiyinə diqqət çəkib.
Ötən ilin oktyabrında Fitch Ratings Fələstin münaqişəsindən yaranan geosiyasi risklərə görə İsrailin “A+” kredit reytinqini mənfi səviyyəyə endirib. Eyni dövrdə İsrailin “A1” kredit reytinqini mümkün azalma üçün araşdıran Moody’s, ötən həftə ölkənin reytinqini “A2″yə endirib.
Moody’s ölkənin kredit reytinqinin proqnozunu mənfi olaraq saxladı və bu, münaqişələrin davam edəcəyi təqdirdə reytinqin daha da aşağı salınmasının mümkün ola biləcəyinə işarə edib.
Kredit reytinq agentliyinin verdiyi açıqlamada reytinqin endirilməsinin əsas səbəbinin davam edən hərbi qarşıdurma və bunun daha geniş nəticələri olduğu və bu vəziyyətin İsrailin icra və qanunverici qurumlarını və maliyyə gücünü zəiflətmə riskini artırdığı bildirilib.
Moody’s həmçinin Fələstinə qarşı amansız müharibə başlamazdan əvvəl İsrailin borc yükünün gözləniləndən daha yüksək olacağını bildirib. Təşkilatın qiymətləndirməsində ölkənin dövlət borcunun ÜDM-ə nisbətinin 2025-ci ildə 67 faizə çatmasının gözlənildiyi bildirilib.
İsrail reytinqin aşağı salınmasından sonra hələ də “investisiya edilə bilən ölkələr” kateqoriyasında olsa da, hücumları maliyyələşdirmək üçün uyğun resurslar tapmaq çətinləşdi.