Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 132-yə yüksəlibbackend

Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 132-yə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çili səlahiyyətliləri, ölkənin mərkəzi və cənub bölgələrini təsir edən meşə yanğınlarında həyatını itirənlərin sayının 132-yə yüksəldiyini bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayı artıb.

Yanğınlarda ölənlərin sayı 132-yə yüksəlsə də, havadan və qurudan müdaxilələr yanğını “tamamilə” nəzarət altına almaqda davam edir.

SML ümumilikdə 89 cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlandığını və 64 cəsədin ailələrinə təhvil verildiyini açıqlayıb.

Digər tərəfdən, Valparaiso qubernatoru Rodriqo Mundaca mətbuat konfransında meşə yanğınları nəticəsində 43 min hektar ərazinin yanaraq külə döndüyünü, təxminən 15 min evin yandığını ifadə edib.

Çili prezidenti Qabriel Boric fevralın 3-də verdiyi açıqlamada fövqəladə vəziyyət (OHAL) elan etdiklərini bildirib.

Çilidə meşə yanğınları bir çox bölgədə eyni vaxtda təsirli olub və qısa müddətdə yaşayış məntəqələrinə yayılıb.