Meksika prezidenti Andres Manuel Lopez Obrador vəzifəyə gəldiyi gündən bu yana ABŞ-dan qeyri-qanuni yollarla ölkəyə gətirilən 50 min silahı ələ keçirdiklərini bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Milli Sarayda gündəlik mətbuat konfransında danışan Meksika prezidenti Andres Manuel Lopez Obrador Meksikada mütəşəkkil cinayətkarlıqla mübarizədə ələ keçirilən silahların 70 faizinin ABŞ-ın Texas əyalətindən gətirildiyini bildirib:
“Vəzifəyə gəldiyim gündən bu yana ABŞ-dan ölkəmizə qeyri-qanuni yolla gətirilən 50 min silah müsadirə olunub”.
ABŞ-da qarşıdan gələn prezident seçkilərinə toxunan Lopez Obrador həm respublikaçıların, həm də demokratların səslərini təmin etmək üçün sağçı siyasətə müraciət etdiyini bildirib:
“ABŞ Konqresinin immiqrantlara yardımı niyə təsdiq etmədiyini” sual altına aldıqlarını ifadə edərək, “ABŞ rəsmiləri immiqrasiya məsələsi ilə həqiqətən maraqlanırlarsa, Mərkəzi Amerikaya edilən yardımı təsdiq etməli və hüquqi tənzimləmə yolu ilə vətəndaşlıq hüquqlarını təmin etməlidirlər”.
Ukrayna, İsrail və Tayvana yardımların da yer aldığı 95,3 milyard dollarlıq dəstək paketinin təsdiqini tənqid edən Lopez Obrador: “ABŞ Konqresinin yoxsullar üçün heç bir şey ayrılmadığı halda müharibə üçün bu qədər pul ayırmasını düzgün hesab etmirəm. immiqrasiya probleminin ikiüzlü siyasətlə həll edilməsini düzgün hesab etmirəm. Bunu başa düşə bilməzsiniz”.