FTB milyarder Epsteinin fahişəlik şəbəkəsini dayandıra bilməməkdə günahlandırılırbackend

FTB milyarder Epsteinin fahişəlik şəbəkəsini dayandıra bilməməkdə günahlandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Təhqiqat Bürosu (FTB) qızlara qarşı cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunarkən həbsxanada ölü tapılan amerikalı milyarder Cefri Epşteynin qanunsuz fəaliyyətinin qarşısını almamaqda ittiham olunur.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

The Hill-in məlumatına görə, Espteinin fahişəlik şəbəkəsinin qurbanları 1996-cı ildən bəri sözügedən fəaliyyətlərdən xəbərdar olduqları, lakin bu mövzuda heç bir addım atmadığı üçün FTB-yə qarşı iddia qaldırıblar.

İddiada FTB-nin səhlənkarlığının “birbaşa və dolayısı ilə” iddiaçıların “fahişəliyə məruz qalmasına, təhdidlərə, təhqirlərə, təcavüzə və işgəncələrə məruz qalmasına” səbəb olduğu iddia edilir.

Məlumatları gizli saxlanılan iddiaçılar FTB-nin Epstein-in qeyri-qanuni fəaliyyətləri ilə bağlı çoxlu dəlilləri olsa da, bununla bağlı heç bir addım atılmadığını iddia edib.