İsrailin baş naziri Binyamin Netanyahu Qətərin Qəzza zolağında fələstinlilərə humanitar yardımın artırılması tələbini müzakirə etməkdən imtina edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərə görə, baş nazir Netanyahu Qətərin Qəzza zolağında fələstinlilərə humanitar yardımın artırılması tələbini rədd edib. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib.
Xəbərdə Netanyahunun Qəzzada əsir saxlanılan israillilərin onlara göndərilən dərmanları aldığına dair dəlil əldə edənə qədər məsələni müzakirə etməkdən imtina etdiyi, lakin başqa detallara yer verilmədiyi bildirilib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 300-ü uşaq, 8 min 400-ü qadın olmaqla, 28 min 663 fələstinli həlak olub, 68 min 395 nəfər isə yaralanıb.