Qahirədə Misir-Türkiyə Dostluq Xəstəxanası yaradılacaqbackend

Qahirədə Misir-Türkiyə Dostluq Xəstəxanası yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qahirədə Misir-Türkiyə Dostluq Xəstəxanası yaradılacaq.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Misirin səhiyyə naziri Xalid Əbdülqaffar prezident Sisinin aprel ayında Türkiyəyə səfəri zamanı xüsusilə səhiyyə sahəsində mühüm protokolların imzalanacağını və orada Misir-Türkiyə Dostluq Xəstəxanasının tikintisini gözlədiklərini bildirib.

Misirin Səhiyyə naziri Xalid Əbdülqaffar Misirdə orqan transplantasiyası ilə bağlı beynəlxalq konfransa gələn türkiyəli həkimləri nazirlikdə qəbul etdikdən sonra açıqlama verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Misirə səfərini “tarixi səfər” kimi xarakterizə edən nazir Əbdülqaffar Türkiyə nümayəndə heyətini qarşılayan idarə heyətinin sədri olmaqdan qürur duyduğunu bildirib.

Halid Əbdülqaffar deyib: “Bu səfər Misir-Türkiyə əlaqələrinin yenidən gücləndiyinə dair bütün dünyaya, xüsusilə də regiona mesaj verdi. Bu inkişaf, uzun müddətdir davam edən güclü Misir-Türkiyə əlaqələrinin əvvəlki kimi olmağa başladığının bir mesajıdır”.