Belçika: İsrail qeyri-qanuni məskunlaşmalarla Fələstinin demoqrafik strukturunu dəyişirbackend

Belçika: İsrail qeyri-qanuni məskunlaşmalarla Fələstinin demoqrafik strukturunu dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika İsrailin işğal etdiyi Fələstin ərazilərində qeyri-qanuni yəhudi məskənləri ilə demoqrafik quruluşu dəyişməyə çalışdığını bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hollandiyanın inzibati paytaxtı Haaqadakı Sülh Sarayında fəaliyyətlərini davam etdirən Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailin işğal olunmuş Fələstin torpaqlarında tətbiq etdiyi tətbiqlərin hüquqi nəticələri ilə bağlı dinləmələr ikinci günündə də davam edir.

İclasda Belçika adından çıxış edən Xarici İşlər Nazirliyinin Hüquq Məsələləri üzrə Baş Direktoru Piet Heirbaut bildirib ki, Məhkəmə İsrailin 2004-cü ildə Fələstin torpaqlarını zorla ələ keçirməsinin qeyri-qanuni olduğunu təsdiqləyib.

Heirbaut Belçikanın 4-cü Cenevrə Konvensiyasına və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinə uyğun olaraq, işğal olunmuş Fələstin ərazilərində yaşayış məntəqələrinin salınmasının qanuna zidd olduğu qənaətində olduğunu bildirib.

Brüssel Azad Universitetindən beynəlxalq hüquq professoru Vaios Koutroulis işğalı dəyərləndirib: “İsrail məskunlaşma siyasəti ilə işğal etdiyi Fələstin torpaqlarının demoqrafik strukturunda dəyişiklik etməyi hədəfləyir. Bu siyasət bir çox əsas qaydaları pozur”.

İsrailin “məskunlaşma siyasətinin bir parçası olaraq qəbul etdiyi siyasətlərlə” Fələstin torpaqlarında “dönməz” vəziyyətlər yaratmağı və bu torpaqlar üzərində “nəzarətini gücləndirməyi” hədəflədiyini ifadə edən Koutroulis, bu siyasətlərin “de-fakto ilhaq vəziyyətini ortaya qoyduğuna” işarə edib.

Koutroulis işğalın qeyri-qanuniliyinin İsrail və digər ölkələr, eləcə də beynəlxalq qurumlar üçün müəyyən məsuliyyətlər yaratdığına diqqət çəkib.

Bundan əlavə, Koutroulis Belçikanın yaşayış məntəqələrinin sökülməsinə və müsadirə edilmiş mülklərin geri qaytarılmasına çağırdığını söyləyib.