Belçikada məhkəmə hicabına görə işə götürülməyən şəxsin etirazını rədd edibbackend

Belçikada məhkəmə hicabına görə işə götürülməyən şəxsin etirazını rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın əmək məhkəməsi Brüssel Bələdiyyəsinin hicabına görə işə götürməkdən imtina etdiyi qadının verdiyi etiraz işində mənfi qərar verib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

2021-ci ilin yanvar ayında çadrasına görə Brüssel Bələdiyyəsinə iş müraciəti qəbul edilməyən qadın ayrı-seçkiliyə məruz qaldığı səbəbilə məhkəməyə müraciət edib.

Brüssel Birinci İnstansiya Mülki Məhkəməsində baxılan işdə bələdiyyə 2022-ci ilin dekabrında haqlı olaraq tapılıb.

Daha sonra iddiaçı məsələni 2023-cü ilin yanvarında Brüssel Əmək Məhkəməsinə verib.

Lakin məhkəmə Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsinin qərarına istinad edərək qadına qarşı ayrı-seçkiliyə məruz qalmadığına qərar verib.

Aİ Ədalət Məhkəməsi 28 noyabr 2023-cü il tarixində qərar verib ki, üzv ölkələrin dövlət idarələri işçilərin iş yerlərində dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edə bilər.