Kanada Ukraynaya yerli istehsal olan 800-dən çox PUA göndərəcəyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kanada Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukraynaya 800-dən çox SkyRanger R70 model pilotsuz uçuş aparatı (PUA) göndəriləcək.
Açıqlamada, ümumi dəyəri 70 milyon dollardan çox olan PUA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib.
Açıqlamada İHA-ların kəşfiyyat məlumatlarının toplanmasında kritik əhəmiyyətə malik olduğu vurğulanıb və bu vasitələrin materialların daşınması üçün də istifadə oluna biləcəyi bildirilib.
Açıqlamada bildirilib ki, bu PUA-lar xüsusilə qaranlıqda və pis hava şəraitində Ukrayna əsgərlərinə istənilən istilik mənbəyini uzaq məsafədən tanımağa kömək edəcək.