Fransada Eyfel qülləsi tətil səbəbindən ziyarətçilərə bağlanıbbackend

Fransada Eyfel qülləsi tətil səbəbindən ziyarətçilərə bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi işçilərinin tətilə çıxması səbəbindən ziyarətçilərə bağlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Eyfel qülləsinin işçiləri həmkarlar ittifaqının çağırışı ilə iki gündür tətil edirlər.

Parisdə turistlərin məşhur məkanı olan qüllə tətil səbəbindən ziyarətçilərə bağlanıb.

Qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.

Milli mətbuatda yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi qazanc payını yüksək görən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.

Eyfel qülləsi işçilərinin bağlı olduğu Ümumi Əmək İttifaqının (CGT) nümayəndəsi Stefan Dieu bildirib ki, onlar qüllənin bilet satışından əldə etdikləri gəliri abidənin təmiri, əməliyyat xərcləri və digər işlərə divident ödəmək üçün istifadə ediblər.

Dieu bildirib ki, bələdiyyə əvvəlki illərdə illik 8 milyon avro dividend ödəyirdisə, son vaxtlar bu rəqəm 16 milyon avroya yüksəlib.

Bələdiyyənin bu mənfəət payını 50 milyon avroya çatdırmaq istədiyini bildirən Dieu, epidemiya zamanı abidənin bağlanması səbəbindən hazırda 100 milyon avro borclarının olduğuna diqqət çəkib.

Eyfel qülləsinin işçiləri SETE-nin maliyyə siyasətinə cavab olaraq 27 dekabr 2023-cü ildə tətilə çıxıblar.