Həmas, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) İsrailin insanları zorla aclıqdan öldürdüyü Qəzza zolağının şimal bölgələrinə yardım səylərini dayandırmasını “humanitar böhranı dərinləşdirəcək təhlükəli bir hadisə” kimi qiymətləndirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
HƏMAS-dan verilən açıqlamada bildirilib ki, ÜƏP-nin Qəzza zolağının şimalında kiçik miqdarda yardım paylamaq səylərini dayandırması təhlükəli bir hadisədir.
Bəyanatda İsrailin Qəzza zolağı və xüsusilə də onun şimal bölgələrini tam blokadaya almasının “müharibə cinayəti” olduğu vurğulanıb və bu qərardan sonra Qəzza şəhəri və onun şimal bölgələrində fələstinlilərin iztirablarının daha da artacağına diqqət çəkilib.
ÜƏP-nin qəbul etdiyi bu qərarın nasist düşməni (İsrail) tərəfindən Fələstin xalqına tətbiq edilən soyqırım və məcburi aclıq praktikalarına təslim olmaq anlamına gəldiyi bildirilib və ÜƏP və BMT-yə bağlı bütün təşkilatlardan işlərini davam etdirmələri və təzyiq göstərmələri xahiş edilib.
Bəyanatda həmçinin Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatını Qəzza zolağında Fələstin xalqına qarşı blokadanı yarmağa çağırıb.
İsrailin hücumlarına istinad edərək, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzzanın şimalına həyat qurtaran ərzaq yardımının təhlükəsiz paylanmasına imkan verən şərtlər yerinə yetirilənə qədər paylanmasını dayandırmaq qərarına gəlib.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrailin zorla aclıq və susuzlaşdırma yolu ilə humanitar fəlakətə səbəb olduğu Qəzza zolağının şimalındakı fələstinlilərin aclığın astanasında olduğunu açıqlayıb.