ABŞ-ın Florida ştatında çimərlikdə qazdığı çuxurun çökməsi nəticəsində 7 yaşlı qız ölüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Florida ştatında bir çimərlikdə baş verən hadisə ilə bağlı əyalət yanğınsöndürmə səlahiyyətliləri açıqlama verib.
Səlahiyyətlilər 7 yaşlı qızın çimərlikdə qazdığı 1,8 metr dərinlikdəki çuxurda tamamilə basdırılmış vəziyyətdə, 8 yaşlı oğlanın isə sinəsinə qədər basdırılmış vəziyyətdə tapıldığını bildirib.
Səlahiyyətlilər bildiriblər ki, qızın öldüyü müəyyən edilib və oğlanın vəziyyəti stabildir.
Uşaqların sözügedən çuxurun qazılması üçün böyüklərdən kömək alıb-almadığı məlum deyil.