Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Denver şəhərində yerləşən Milli Bərpa Olunan Enerji Laboratoriyasında (NREL) olub.
Energetika Nazirliyindən bildirilib ki, nazir bərpaolunan enerji və enerji səmərəliliyi texnologiyalarının tədqiqatı, inkişafı, tətbiqi yolu ilə enerji transformasiyasında mühüm rol oynayan laboratoriyanın fəaliyyəti ilə tanış olub. Günəş, külək, hidro, bioenerji, hidrogen, bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası sahələrində inkişaf proseslərini, yenilikləri əks etdirən tədqiqatlara dair təqdimatlar dinlənilib. Təhlükəsiz, dayanıqlı gələcək enerji sistemlərinə səmərəli keçidi təşviq edən “Enerji Sistemlərinin İnteqrasiyası”, hidrogenin istehsalı, saxlanması, nəqli və istifadəsinə dair araşdırma və inkişaf tədbirlərini həyata keçirən “Hidrogen Tədqiqatları” və “Elmi-Texnoloji” mərkəzlərə baş çəkilib. Milli Bərpa Olunan Enerji Laboratoriyası ilə tərəfdaşlıq imkanları dəyərləndirilib və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.