Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 4 aydan artıqdır ki, hücumlarını həyata keçirdiyi Qəzza zolağında “təhlükəsiz yer olmadığına” işarə edərək, bölgədəki 153 obyekti vurduğunu açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) bildirilib ki, hərbi əməliyyatlar davam edərkən Qəzza zolağında heç bir yer təhlükəsiz deyil.
İsrailin 7 oktyabr 2023-cü ildən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağında UNRWA-nın 153 obyektinin 300-dən çox hücumun hədəfi olduğu bildirilib.
Qəzzada mülki infrastrukturun böyük zərər gördüyünə diqqət çəkən açıqlamada deyilib ki, qida istehsalı dayanıb, xəstəxanalar döyüş bölgəsinə çevrilib.