Baydenin iti ən azı 24 Gizli Xidmət əməkdaşını dişləyibbackend

Baydenin iti ən azı 24 Gizli Xidmət əməkdaşını dişləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin oktyabrında aqressiyasına görə Ağ Evdən uzaqlaşdırılan ABŞ prezidenti Co Baydenin it komandirinin ən azı 24 Gizli Xidmət əməkdaşını dişlədiyi açıqlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

CNN-in məlumatına görə, Alman çoban köpək cinsi Komandirlə bağlı sənədlər İnformasiya Azadlığı Qanunu (FOIA) çərçivəsində paylaşılıb.

Təcavüzkarlığı və dişləmə halları ilə gündəmə gələn itin 2022-ci ilin oktyabrından 2023-cü ilin iyuluna qədər ən az 24 Gizli Xidmət əməkdaşını dişlədiyi sənədləşdirilib.

Sənədlərə görə, komandir sözügedən şəxslərin biləklərindən, qollarından, dirsəklərindən, belindən, döşündən, ayaqlarından və çiyinlərindən dişləyib.

Komandirin dişləmə hadisələrinin hamısını ehtiva etməyən sənədlər yalnız Gizli Xidmət işçilərini əhatə edir.

ABŞ prezidenti Baydenin iti Komandir 2023-cü ilin oktyabrında aqressiyasına və dişləmə hallarına görə Ağ Evdən uzaqlaşdırılıb.

Alman çoban iti “Komandir” Baydenə qardaşı Ceyms Bayden tərəfindən 2021-ci ilin dekabrında hədiyyə edilib.