Rusiyada Voronej İnstitutunda 40 kursant zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Daxili İşlər Nazirliyinin Voronej İnstitutunda 20-dən çox kursantın tibbi yardıma ehtiyacı olub.
Hadisə mayın 9-dan mayın 10-a kimi baş verib, ancaq indi məlum olub.
Mənbənin sözlərinə görə, ümumilikdə 40 nəfər zəhərlənib, onların hamısında bağırsaq infeksiyası əlamətləri müşahidə olunub. Onların hamısı yerli yeməkxanada bayat yemək yeyiblər.
7 nəfər Voronej vilayət yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib, qalanları ambulator müalicə alırlar.
“Xəstəliyin səbəbləri hələ də məlum deyil, institut Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə tibb bölməsinin baş həkiminin əmrini gözləyir”, – məlumatda deyilir.
Hazırda bütün kursantların vəziyyəti qənaətbəxşdir.
Xuraman Etibarlı
İnterpress.az