İmişli şəhərinin Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
İnterpress.az bildirir ki, barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib.