İspaniyada siçovulların hepatiti aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “”El Pais” məlumat yayıb.
Bu virus ilk dəfə 2010-cu ildə Almaniyada aşkar edilib. 8 il sonra, 2018-ci ildə Honq-Konqda ilk insan yoluxma halı aşkarlanıb.
Uzun müddətdir ki, xəstəlik halları təcrid olunurdu. Lakin indi İspaniyada naməlum mənşəli hepatitin tədqiqi zamanı “Rocahepevirus ratti” ilə yoluxma hallarının 40-dan çoxu aşkar edilib.
Yoluxucu xəstəliklər üzrə ekspertlər hesab edirlər ki, siçovulların təxminən 30%-i virusun daşıyıcısıdır; insanlara ötürülmə mexanizmi hələ tam aydın deyil.
Xuraman Etibarlı
İnterpress.az