Erməni deputat Azərbaycanla sərhədin delimitasiyasının dayandırılmasının SƏBƏBİNİ AÇIQLADIbackend

Erməni deputat Azərbaycanla sərhədin delimitasiyasının dayandırılmasının SƏBƏBİNİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Tavuşda üç “mübahisəli nöqtə”də sərhədin delimitasiyasının dayandırılmasının səbəbini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Media bildirir ki, “Mülki Müqavilə” üzrə deputat Vahe Qalumyan jurnalistlərin “sərhədlərin delimitasiyası hansı mərhələdədir” sualını cavablandırıb.

“Tavuşda üç mübahisəli məntəqədə Azərbaycanla sərhədin delimitasiyası rayon sakinlərinin təqdim etdiyi mülkiyyət şəhadətnamələri ilə orada quraşdırılan sərhəd dirəklərinin müqayisəsi üçün dayandırılıb”, – deputat deyib.

O, məlumatsızlığını əsas gətirərək hansı məqamlarda olduğunu və digər detalları açıqlamayıb.

Qalumyan keşiş Baqrat Qalstanyanın müstəqil deputat İşxan Zakaryanın Ermənistanın baş naziri Nikol Paşinyanın impiçmentinə qoşulması təklifini rədd etməməsi ilə bağlı sözlərinə də münasibət bildirib.

“Bildiyim qədər, o, təsdiq etməyib. Bu, onun işidir”, – Qalumyan əlavə edib.

O, özü də arxiyepiskopun rəhbərlik etdiyi hərəkatı dəstəkləməyəcəyinə əmin olduğunu bildirib.

“Heç bir impiçment gündəliyi yoxdur”, – deyə Qalumyan izah edib.

Xuraman Etibarlı

İnterpress.az