Slovakiyanın baş naziri Fitsoya qarşı sui-qəsdin olması ilə bağlı müxtəlif fikirlər ortaya atılıb. Bununla bağlı təbii ki, Azərbaycanda da bəzilər bildirirlər ki, guya gəldi Azərbaycana, Azərbaycanla bağlı hansısa əlaqələr və yaxud da ki, hansısa fikirlərə görə baş verə bilər. Qətiyyən bunu belə düşünmürəm.
Bu fikirləri Slovakiyanın baş naziri Roberto Fitsoya qarşı olan sui-qəsdin Azərbaycana səfərindən dərhal sonra baş verməsi ilə bağlı ortaya atılan bəzi iddialara münasibət bildirən hərbi jurnalist Səxavət Məmməd İnterpress.az-a açıqlamasında səsləndirib.
Jurnalist bildirib ki, danışılanlar sadəcə cəfəngiyyatdır, Azərbaycanla heç bir əlaqəsi yoxdur.
“Ümumiyyətlə, Fitso NATO və ABŞ əleyhdarı olan bir siyasətçidir. Hətta Rusiyada, məsələn, Medvedevin belə bir açıqlaması oldu. Medvedev bildirir ki, bunu edən, bunun arxasında anti-rusiyacılar və yeni avropalılardır.
Bununla bağlı Slovakiyanın prezidenti belə bir açıqlama verdi ki, polisin, dövlət qurumlarının rəsmi açıqlaması olmadan bu yöndə hansısa bir fikir səsləndirmək olmaz.
Slovakiya mətbuatında da, ümumiyyətlə, dünya mediasında da, xüsusən Rusiyaya bağlı medialarda daha çox bu məsələnin arxasında Qərbin, NATO-nun durduğu ilə bağlı iddialar var. Onun apardığı siyasətə baxanda da hardasa bunu görmək mümkündür”, – Səxavət Məmməd deyib.
Daha sonra jurnalist bu məsələdə NATO, Amerika “barmağı”nın olduğuna dair iddiaların olduğunu səsləndirildiyini qeyd edib.
İndiki məqamda bu işlə təbii ki, hüquq-mühafizə orqanları məşğul olur, biz sadəcə olaraq iddialar deyirik.
Amma əsas məsələ odur ki, bütün dünya həmin şəxsi anti-NATO-çu, anti-Amerikaçı kimi tanıyırdı və Rusiyada bunun üzərindən onun sui-qəsd məsələsi ilə bağlı ciddi şəkildə ittihamlarla çıxış edir.
Yeri gəlmişkən Putin belə bu məsələnin ciddi şəkildə araşdırılmasını tələb edib. Yəni, bu məsələnin Azərbaycanla əlaqəsinin olduğunu düşünmürəm. Bu məsələ daha çox sanki bir Rusiya-Qərb savaşının davamı və yaxud da ki, tərkib hissəsi kimidir”, – hərbi jurnalist vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az