Ermənistan və İordaniya Qüsdəki erməni məhəlləsi ətrafında yaranmış gərgin vəziyyətdən narahatdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Mayın 15-də İrəvanda Ermənistan və İordaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub.
Tərəflər Qüdsdəki erməni məhəlləsi ətrafında yaranmış gərgin vəziyyətdən narahatlıqlarını ifadə edərək, “Qüdsün Köhnə Şəhərinin status-kvonun dəyişməsinə səbəb ola biləcək” hər hansı hərəkətə qarşı çıxış ediblər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması da müzakirə olunub
Xuraman Etibarlı
İnterpress.az