Evdən qaçan və qohumlarının onu öldürəcəyindən şikayət edən çeçen Liya Zaurbekova Rusiyanı tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə İctimai Monitorinq Komitəsinin üzvü, Rusiya Federasiyası Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Aleksandr İonov məlumat verib.
Bundan əvvəl Aleksey Melnikov deyib ki, qohumları tərəfindən təqib olunmasından şikayət edən və ətrafına toplaşdıqları Moskva polis idarəsindən video çəkən çeçen Liya Zaurbekova hazırda təhlükəsiz yerdədir.
“Mənə verilən məlumata görə, hazırda o, təhlükəsiz yerdədir. Biz onun taleyinə nəzarət edəcəyik”, – Melnikov bildirib.
Məlum olub ki, Zaurbekovanın artıq 19 yaşı olmasına baxmayaraq, qohumları onu azyaşlı kimi axtarışa veriblər. Zaurbekova ərizə yazıb ki, öz istəyi ilə evdən çıxıb və onu axtarmamağı xahiş edir.
Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov qohumlarının təqib edilməsindən şikayətçi olan 19 yaşlı çeçen Liya Zaurbekovanın “aldadılıb və manipulyasiya edildiyini” və günahkarın “cəzasını alacağını” bəyan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az