“Avtomobili arakəsmə bordürün üstünə qaldıraraq yolun əks istiqamətinə keçən sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb”.
İnterpress.az bildirir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.
“Sürücü Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə dəvət olunub, ona hüquq və vəzifələri izah edilib və qanunamüvafiq tədbirlər görülüb”, – deyə R.Əhmədli bildirib./Oxu.az