Qazaxıstanda teokratik dövlət qurmağa cəhd edən 8 nəfər mühakimə olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu məlumat yayıb.
Astanada 8 qazaxıstanlı Qazaxıstanda teokratik sistem qurmağa cəhd etdikləri və döyüşlərdə iştirak etmək üçün Suriyaya getmək niyyətində olduqları üçün 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Teokratik dövlət siyasi və mənəvi gücün ruhanilərin əlində cəmləşdiyi idarəetmə formasıdır.
Xuraman Etibarlı
İnterpress.az