“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLARbackend

“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti baş tutub.

İnterpress.az xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə keçirilib.

Tədbir dövlət himninin səslənidirlməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq qədim Türk elində Qərbi Azərbaycan motivli tədbirin keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdıran Tənzilə Rüstəmxanlı ölkə ərazisinin separatçılardan təmizlənməsi prosesinin yekunlaşması ilə birlikdə, həmin ərazilərə kütləvi geri dönüşün prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirildiyini bildirib. Cəmiyyət sədri diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilərə qayıdışla yanaşı, əcdadlarımızın qədim torpaqları olan Qərbi Azərbaycana da geri dönüşün təmin edilməsi məqsədilə bilavasitə dövlət başçısı tərəfindən əməli addımlar atılır. O, ölkə rəhbərinin bu məsələdəki siyasi mübarizəsinə dəstək məqsədilə Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitinin keçirilməsinin də böyük önəm kəsb etdiyini bildirib. Qərbi Azərbaycana qayıdış məsləsinin azərbaycanlıların təmin edilməli hüququ olduğunu bütün dünyaya çatdırılması üçün bu kimi elmi-praktiki konfranslaırn keçirilməsinin önəminə dəqiqət çəkən Tənzilə Rüstəmxanlı göstərdikləri dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən “İpəkyolu” Strateji Araşdırmalar Vəqfi İdarə Heyətinin sədri, Moldovanın Qaqauziya Muxtar Respublikasının Türkiyədəki rəsmi nümayəndəsi Seyfullah Türksoy bildirib ki, Azərbaycan Türklərinin öz tarixi yurdlarından deportasiya edilməsi beynəlxalq ictimaiyyətin göz yumduğu məsələlərdən birdir. Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi qələbədən sonra yaranmış yeni reallıqlar müstəvisində Qərbi Azərbaycana dönüş məsələsinin də İlham Əliyevin siyasi liderliyi ilə həll ediləcəyinə heç bir şübhə yoxdur. Seyfullah Türksoy bu məsələdə Türkiyənin də qardaş ölkənin yanında olduğunu bildirib.

Daha sonra protokol çıxışlarına yer verilib. Çıxış edən Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova Özbəkistanın hər zaman Azərbaycanı dəstəklədiyini bildirib. İşğaldan azad edilən ərazilərə ölkə başçısı Şavkat Mirziyoyevin səfərini xatırladan Şərmuhammedova buradakı quruculuq işlərinə rəsmi Daşkəndin daim dəstək olacağını qeyd edib.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi üzümüz, ailəmiz türk dünyasıdır. Üzümüzü türk dünyasına döndərdik: “Bu gün də toplantının türk dünyasının qədim torpağı olan Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi son dərəcə önəmlidir”.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Osman Hacıyev, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Мəmmədov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri İqbal Babayev, Özbəkistanın tanınmış yazıçıları Tahir Kahhor və Babaxan Şərif və professor Oinisə Musurmanova çıxışlarında Qərbi Azərbaycana qayıdışın təmin edilməsi istiqamətində mərkəzləşdirilmiş siyasət yürüdüldüyünü vurğualyıblar.

Tədbir daha sonra “Qərbi Azərbaycana qayıdışın Türk Dünyasına Yansıması” və “Böyük Qayıdış. Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər” mövzulu panellər müzakirələrilə davam edib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin sədri, Xalq şairi, yazıçı Sabir Rüstəmxanlının moderatorluğu ilə keçirilən birinci paneldə professor Çətin Almas, Özbəkistan Axısxa Türkləri Dərnəyinin sədri Ömər Salman, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun doktorantı Mövluda Erkin Raxmanova, Qırğızıstan-Türkiyə MANAS Universitetinin baş müəllimi, tarixçi alim Abdiraşit Babatayev, Qırğızıstan-Türkiyə MANAS Universitetinin baş müəllimi, türkoloq alim Çingiz Buyar və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Yasəmən Mahmudova Vətən mühairbəsi, Qərbi Azərbaycana qayıdışın hüquqi tərəfləri və türk dnüyasının məruz qaldığı etnik təmizlik siyasəti haqqında çıxış edib, fikirlərini bölüşüblər.

Seyfullah Türksoyun moderatorluğu ilə keçirilən ikinci paneldə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev, “Yeni Müsavat” Media Qrupunun prezidenti Rauf Arifoğlu, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, “Yaşlıq” jurnalının baş redaktoru Nurilla Çori, Qırğızıstanın “Issık Göl” Forumunun sədri Dinara Cumabayeva və Əməkdar jurnalist Etibar Babayev Qərbi Azərbaycandan Türkiyəyə köç, Qərbi Azərbaycana qayıdış strategiyasının Türk Dünyasının inteqrasiyasına təsirləri mövzuları ətrafında fiikir mübadiləsi aparıb, düşüncələrini bölüşüblər.

Sonda Azərbaycan-Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili tərəfindən sammitin yekunlarına dair bəyanat səsləndirilib.

Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

İnterpress.az