Yevlaxda kişi arvadını öldürdükdən sonra özünə xəsarət yetirib.
İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb
Bildirilib ki, may ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürov daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.