Kirantsda sərhəd sütunları quraşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Kirantsdan müxbir Ani Gevorkyan məlumat verib. O bildirib ki, Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb.
“Artıq Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb. Sütunların yanında sərhədçilər dayanıblar.
Bu dəqiqələrdə kənd camaatı kəndin yoluna toplaşıb. Deyirlər ki, sütunlar səhər saatlarında gizli quraşdırılıb. Kəndlilərə yaxınlaşmağa icazə verilməyib.
İçəridəi çayın kənarında daha bir sütun quraşdırılıb”, – deyə kənd sakinləri bildiriblər.
Jurnalist xəbər verir ki, dirəklərin quraşdırılması zamanı sakinlərdən birinin halı pisləşib.
“Xanım adlı sakinin vəziyyəti pisləşib. Çünki onun evi Azərbaycan tərəfdə olacaq. O, xəstəxanaya aparılıb”, – Gevorkyan deyib.
Xuraman Etibarlı
İnterpress.az