Qırğızıstanda əcnəbi tələbələr təhlükəsizlik məqsədilə distant təhsilə KEÇİRİLDİbackend

Qırğızıstanda əcnəbi tələbələr təhlükəsizlik məqsədilə distant təhsilə KEÇİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstandakı əcnəbi tələbələr təhlükəsizlik məqsədilə müvəqqəti olaraq distant təhsilə keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın təhsil və elm nazirinin müavini Abazbek uulu bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Bundan əlavə, vətənə qayıtmaq istəyən tələbələr də onlayn təhsilə keçə bilərlər.

Mayın 18-nə keçən gecə Bişkekdə yerli sakinlərlə Pakistan və Hindistandan olan tələbələr arasında kütləvi toqquşma baş verib.

Münaqişəyə səbəb mayın 14-də paytaxtın rayonlarından birində əcnəbi tələbələrlə yerli sakinlər arasında baş verən dava olub.

Rəsmi məlumata görə, hazırda Qırğızıstan universitetlərində Hindistan, Pakistan və Banqladeşdən olan 28 800 tələbə təhsil alır.

Xuraman Etibarlı

İnterpress.az