Haaqa Baş Prokurorluğu Netanyahu, Qallant, Sinvar və Defin həbsinə order istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Əl-Cəzirə telekanalı yayıb.
Bir qrup hollandiyalı vəkil İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında törətdiyi cinayətlərə görə onun həbsinə order verilməsini istəyib.
Hollandiyalı hüquqşünaslardan ibarət bu qrup sorğu ilə çıxış edərək Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən Netanyahu və digər İsrail rəsmilərinin – Qallant, Sinvar və Defin həbsinə order verilməsini və onun ən qısa zamanda icra olunmasını istəyib.
“Yediot Aharnot” qəzeti israilli rəsmiyə istinadən xəbər verib ki, məsul şəxslərinin həbsinə dair orderin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən gizli şəkildə veriləcəyi ehtimalı var və onlar yalnız bundan işğal olunmuş əraziləri tərk etdikdən sonra xəbər tutacaqlar.
Məlumata görə, ABŞ hökuməti Haaqa məhkəməsinin Netanyahu haqqında həbs qərarı çıxarmasının qarşısını almağa çalışır.
Xuraman Etibarlı
İnterpress.az