“Kəndə alternativ yol çəkilir, sakinlərə iyunun 24-dək vaxt verilib” – Kirants sakinibackend

“Kəndə alternativ yol çəkilir, sakinlərə iyunun 24-dək vaxt verilib” – Kirants sakini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirantsda alternativ yolun tikintisinə başlanılıb.

İnterpress.az xəbər verir ki, bunu Kirants kəndinin sakini Karen Kazaryan deyib.

O bildirib ki, Kirantsdan Açarkuta gedən yolda avadanlıq işləyir, alternativ yolun tikintisinə başlanılıb.

Onun sözlərinə görə, alternativ yolun çəkilməsi üçün 3 ailənin yaşadığı 3 mərtəbəli ev söküləcək. Hakimiyyət onlara təzminat da təklif edib.

“Kənd sakinləri çox gərgindir. Səhər dirəklərin quraşdırıldığını görəndə daha da gərginləşdilər. İnsanların torpaq sahələrində dirəklər quraşdırılıb. İnsanlar da bu proses başa çatandan sonra övladlarını məktəbə göndərməyəcəklərini deyirlər. Onlar sadəcə olaraq qorxurlar, çünki məktəb sərhəd xəttinə çox yaxındır. Kənd sakinlərinə evlərini tərk etmələri üçün iyunun 24-dək vaxt verilib. Amma insanlar razılaşmır. Xanım, məsələn, evini tərk etmək fikrində deyil, deyir: qoy məni zorla çıxarsınlar”, – Kazaryan qeyd edib.

O, əlavə edib ki, polis təkcə kəndin giriş-çıxışını deyil, körpünü də bağlayıb.

Xuraman Etibarlı

İnterpress.az