Moskvada sərxoş Əfqanıstan vətəndaşı küçədə 22 yaşlı qızın boyun nahiyəsindən bıçaqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Qolyanovo ərazisində avtobus dayanacağında dayanan qıza 48 yaşlı Əhməd B. arxadan hücum edib. O, qatlanan bıçaqla onu vurub qaçıb.
Zərərçəkmiş xəstəxanadadır, vəziyyəti ağır qiymətləndirilir. Həmin şəxs saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az