Şəmkirdə güllələnmə hadisəsi baş verib.
İntepress.az-ın məlumatına görə, hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb. Kənd sakini olan 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyən olunub. O, müvafiq səndələri olan odlu silahla saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Məlumata görə, saxlanılan şəxs güllələnən Mais Ələkbərovun qohumudur.