“Barselona” Xavini baş məşqçi postundan qovub.
İnterpress.az xəbər verir ki, “Barselona” öz saytında Xavinin mövsümün sonunda klubun baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.
“Barselona, futbolçu və komandanın kapitanı kimi görünməmiş karyerasını tamamlayan məşqçi kimi fəaliyyətinə görə Xaviyə təşəkkür edir və ona gələcək üçün uğurlar arzulayır”, – bəyanatda deyilir.
Bu bazar günü, mayın 26-da Sevilyada Xavi komandanın baş məşqçisi kimi son oyununu keçirəcək.
Xuraman Etibarlı
İnterpress.az