Qarabağı könüllü tərk edərək Ermənistan köçən erməni hava limanında saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan öz səhifəsində məlumat verib.
O bildirir ki, Yana Avanesyan xaricə getmək üçün Zvartnots hava limanına gəlib. Vaxtilə Qarabağda özünü buraxmış oyuncaq qurum tərəfindən ona verilən pasportla Ermənistandan getməsi və Zvartnots hava limanını tərk etməsi qadağan edilib.
Yana Avanesyanın pasportunun etibarsız olduğu əsas gətirilərək hava limanında saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az