Məhkəmə İnquşetiya rəhbərinin qardaşını dələduzluqda ittiham edərək həbs edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Məlumata görə, İnquşetiya rəhbərinin qardaşı cinayətkar birliyin tərkibində 2 milyard rubla yaxın (təxm. 38 milyon man) pul oğurlamaqda ittiham olunur.
Ötən il iyunun 23-də Pensiya Fondundan oğurluq işi üzrə Maqomed-Bəşir Kalimatovun evində axtarış aparılması barədə məlumat yayılıb.
Kalimatov bundan əvvəl Rusiya Poçtunun regional şöbəsinə rəhbərlik edib.
Xuraman Etibarlı
İnterpress.az