“NATO Qərbi Ukrayna üzərində səmanı qoruya bilər”.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bəzi NATO ölkələri Kiyevə dəstəyi genişləndirməyə və birbaşa Ukrayna ərazisində fəaliyyət göstərməyə hazırdır.
Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa belə bir addımın tərəfdarıdırlar. ABŞ və Almaniya əleyhinədir.
Xüsusilə, Ukrayna Silahlı Qüvvələri əsgərlərinin NATO təlimatçılarının Ukrayna ərazisində təlim keçməsi müzakirə edilir.
“Yüz minlərlə ukraynalının təlim keçmək üçün Avropanı gəzməsinə dəyərmi? Qərbi Ukraynaya bir neçə təlimatçı göndərməyin daha yaxşı olub-olmaması fikrini nəzərə almaq lazımdır. Ukraynaya təlimatçılar göndərmək daha ağıllı və qənaətcildir”, – Almaniya Müdafiə Nazirliyinin əməliyyat qərargahının keçmiş rəhbəri Niko Lange nəşrə bildirib.
Bundan əlavə, Böyük Britaniya, Kanada və Estoniya da daxil olmaqla bir sıra NATO ölkələri silah və sursatları təkcə Ukrayna sərhədlərinə deyil, həm də cəbhəyə daha yaxın xəttə çatdırmağa hazırdır.
Digər məsələ hava hücumundan müdafiə ilə bağlıdır. Jurnalistlər qeyd edirlər ki, Qərbi Ukraynanın hava məkanının NATO-nun zenit sistemləri ilə mühafizəsi müzakirə olunur. Təşəbbüskar Polşadır
Xuraman Etibarlı
İnterpress.az.