Tula vilayətində azərbaycanlıların bazarda davası ölümlə nəticələnib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Rusiya teleqram kanalları yayıb. Tula bazarında müştərini bölüşə bilməyən azərbaycanlı satıcıların davası qala bitib.
Hadisə günorta saatlarında baş verib.
Şahidlər gözləri qarşısında baş verən hadisədən şoka düşüblər. Onlar təcili yardım çağırıblar, lakin kişini xilas etmək mümkün olmayıb.
O, ölümcül 5 bıçaq xəsarəti alıb. Qatil axtarılır.
Xuraman Etibarlı
İnterpress.az