“Bəli, mən əminəm ki, verilən ərazilər bizim torpaqlar deyil” –  Ermənistanın Baş Qərargah rəisibackend

“Bəli, mən əminəm ki, verilən ərazilər bizim torpaqlar deyil” – Ermənistanın Baş Qərargah rəisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəli, mən əminəm ki, verilən ərazilər Ermənistan Respublikasının əraziləri deyil”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan parlamentdə jurnalistlərlə söhbətində deyib.

“Sərhədin delimitasiyası başa çatdıqdan sonra, bəli, sərhəddə sərhədçilər xidmət edir. Lakin bu istiqamətdə Silahlı Qüvvələrin onlara həvalə edilmiş tapşırıqları yerinə yetirməyə hazır olan nizami bölmələri var”, – Asryan bildirib.

O, bir daha “torpaqların verilməsi” ilə bağlı sual verməməyi xahiş edib.

“Mən mülki infrastrukturun problemlərini həll etmirəm: evlər, ərazilər, torpaq sahələri. Bəli, mən əminəm ki, verilən ərazilər Ermənistan Respublikasının əraziləri deyil”, – Baş Qərargah rəisi vurğulayıb.

Jurnalistlərin “bunu nəyə əsaslanaraq iddia edirsiniz?” sualına  o belə cavab verib: “Mən bunu demirəm, xəritələrimizdə göstərilən sərhəd bunu təsdiqləyir”.

Xuraman Etibarlı

İnterpress.az