“Nikol Paşinyanın təhlükəsizliyini Türkiyə xüsusi təyinatlılarının əsgərləri təmin etməlidir”.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu Türkiyənin Sözcü TV-nin efirində Türkiyənin tanınmış siması, “Independent Turkce” saytının baş redaktoru Nevzet Çiçək deyib.
O xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan erməni cəmiyyətini “böyük Ermənistan” xülyasından əl çəkməyə və indiki Ermənistanı sərhədləri ilə qəbul etməyə çağırıb.
Çiçək Ermənistan hökuməti başçısının helikopteri ilə bağlı son insidenti də xatırladıb. O, bu işin Türkiyədə narahatlıq doğurduğunu vurğulayıb.
Türkiyəli xadim onu da bildirib ki, onun sözləri bir çox insanı qəzəbləndirsə də, Nikol Paşinyanın təhlükəsizliyinin Türkiyə xüsusi təyinatlıları tərəfindən təmin edilməsində israrlıdır.
Xuraman Etibarlı
İnterpress.az