Ermənistan XİN-in qarşısında vəziyyət GƏRGİNDİR – Toqquşma baş verdibackend

Ermənistan XİN-in qarşısında vəziyyət GƏRGİNDİR – Toqquşma baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyinin binasının qarşısında vəziyyət gərginləşib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Arxiyepiskop Baqrat Qalstanyanın “dirijorluq” etdiyi etiraz aksiyasının keçirildiyi Ermənistan Xarici İşlər Nazirliyinin binasının qarşısında vəziyyət gərginləşib.

Etirazçılarla polis arasında toqquşma olub.

“Polislə danışmayın, əlaqə saxlamayın. Bizim oğlanı vurdular, vuran cavab verməlidir. Polisə deyirəm: özünüzə gəlin. Ağzınızdan nalayiq söz belə eşitsəm, başınızla cavab verəcəksiniz. Biz polis necə danışırsa, o cür danışacağıq, onlar necə davranırsa, biz də elə hərəkət edəcəyik”, – Qalstanyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az