Azərbaycanda 119 min hektar ərazidə müasir suvarma sistemi quraşdırılıb.
İnterpress.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli deyib.
O bildirib ki, 60 min hektarda isə pivot suvarma sistemləri, damcılı sistem tətbiq olunur.
Aparat rəhbəri qeyd edib ki, kənd təsərrüfatı sahəsində də qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var: “Bu sektorda həyata keçirilən layihələr, infrastrukturla bağlı görülən işlərdə qiymətləndirilmələr aparılır. Həmçinin işğaldan azad olunan ərazilərdə “yaşıl iqtisadiyyat” tətbiq olunur ki, bu da qiymətləndiricilərin fəaliyyətinin genişlənməsində xüsusi əhəmiyyət daşıyır”.