Trombetta: Azərbaycan kiberhücumların artması fonunda kibertəhlükəsizlik sahəsində ön sıralardadırbackend

Trombetta: Azərbaycan kiberhücumların artması fonunda kibertəhlükəsizlik sahəsində ön sıralardadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumətlər də, şirkətlər də kiberhücumlardan əziyyət çəkirlər. Bəllidir ki, bizim hamımızın mübarizə apardığı düşmən var.

İnterpress.az xəbər verir ki, bu bu barədə “Cisco” şirkətinin baş vitse-prezident Adele Trombetta Bakıda keçirilən III Milli Kibertəhlükəsizlik Forumunda deyib.

“Hökumətlər də, şirkətlər də kiber hücumlardan əziyyət çəkirlər. Bəllidir ki, bizim hamımızın mübarizə apardığı düşmən var. Azərbaycan dilində belə deyim var: Əgər indi toxumu əkməsən gələcəkdə məhsul yığmazsan”, – şirkətin baş vitse-prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 42 maddəsi hər kəsin təhsil almaq hüququ haqqındadır:

“Bu hüquq yüz minlərlə şagird və tələbəni Bakı şəhərində birləşdirir. Azərbaycan Respublikası özünün təhsil, biznes sahəsində işini yüksək səviyyədə davam etdirərək Qərb üçün mühüm tərəfdaşa çevrilə bilər. Azərbaycan şairi Məhəmməd Füzuli demişdir ki, heç zaman sərvətinlə öyünmə, uğur qazanmaq istəyirsənsə, təhsil al, öyrənməyə davam et”.

O, Azərbaycan hökumətinin ölkəni yüksək səviyyədə kibertəhlükəsizlik, rəqəmsal sahədə inkişaf etdiyini deyib:

“İlk dəfədir Azərbaycana gəlmişəm, bu ölkənin potensialı məni valeh edir. Mənə görə gələcəyin kibertəhlükəsizliyi məhz Azərbaycandadır”.