Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Məlikməmməd” nağılı əsasında tamaşa və “Can Qarabağ” adlı konsert proqramı təşkil olunub.
“İnterpress.az ” xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov sosial şəbəkədə bildirib.
“Doğma Füzulimizin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində Kukla Teatrının “Məlikməmməd” xalq nağılı əsasında hazırlanan eyniadlı tamaşası və OYUQ uşaq teatrının təqdimatında “Can Qarabağ” adlı konsert proqramı təşkil olunub”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Emin Hüseynov Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205, Nəmirliyə 179, Güllücə və Tağıbəyli kəndlərinin hər birinə isə 108 ailənin köçürülməsinin planlaşdırıldığını açıqlamışdı.